ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin görüşü ən tezi iyul ayında Almaniyada baş tuta bilər.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov iki ölkə prezidentlərinin mümkün görüşləri haqda suala cavabında deyib.
Həmin vaxt Almaniyada G20 toplantısı keçiriləcək.
Peskovun sözlərinə görə, Putin və Trampın mümkün görüşü haqda hələ ki konkretlik yoxdur, hələ ki hansısa üzərində iş gedən müddət də yoxdur.
"Biz onu əsas tuturuq ki, bu ilin iyul ayında "iyirmilik” Almaniyada toplaşacaq, burada prezidentlər istər-istəməz görüşəcəklər. Lakin, siz bilirsiniz ki, daha əvvəl keçiriləcək görüşdən söhbət gedirdi. Hələ ki heç bir konkretlik yoxdur”, - Peskov deyib./modern.az/
MediaFax