Tramp Putinin ölkəsinə qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları qısa bir zamanda ləğv etməyəcəyini bildirib.

"Wall Street Journal" xəbər verir ki, buna baxmayaraq, Tramp sanksiyaları gələcəkdə ləğv edə biləcəyini də istisna etməyib:

"Əgər vəziyyət qaydasına salınıbsa, əgər Rusiya bizə kömək edirsə, birgə gözəl işlər görülürsə, sanksiyaları saxlamaq kimə lazımdır?"

Tramp seçkiöncəsi kampaniyası zamanı və seçkilərdə qələbə qazandıqdan sonra Rusiya ilə əməkdaşlıq etmək istədiyini qeyd edib.

Ötən il noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın inaqurasiyası yanvarın 20-də baş tutacaq./aznews.az/

MediaFax