Tramp Obamanı əsəbləşdirdi

"O mənim telefon danışıqlarıma qulaq asıb”

ABŞ prezidenti Donald Tramp ölkənin köhnə rəhbəri Barak Obamanı hiddətləndirib.
 
İstiPress-in məlumatına görə, buna səbəb onun telefon danışıqların dinlənməsi barədə səsləndirdiyi ittihamlar olub. Bu barədə "The Wall Street Journal” yazıb.

Nəşrin mənbəsinin məlumatına görə, Obama ölkə başçısının ittihamlarını təhqir kimi qəbul edib. Lakin o Trampın hər yeni ittihamına cavab verməyi düşünmür.

Obamanın rəsmi nümayəndəsi Kevin Lyuis keçmiş prezidentin və onun administrasiyasının Trampın danışıqlarını dinlənməsini təşkil etmədiyini deyib. "Nə Obama, nə də Ağ Evin başqa bir rəsmisi heç vaxt ABŞ sakinlərindən kiminsə izlənməsi barədə göstəriş verməyib”.

Xatırladaq ki, Tramp öz sələfini seçki kampaniyası zamanı Nyu Yorkdakı iqamətgahını dinləməkdə ittiham edib. "İndi bilmişəm ki, Obama qələbəmdən öncə Tramp toverdəki danışıqlarımı dinləyib. Heç nə tapmayıb”, deyə o "Twitter”də yazmışdı.

Onun sözlərinə görə dinləmə ötən ilin oktyabr ayında olub.

MediaFax