ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi gücdən istifadə edə bilər.
Bu barədə informasiyanı "Vol Strit Jurnal” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Ağ Evin Pxenyanla bağlı müzakirə etdiyi digər məsələ Şimali Koreyada rejim dəyişikliyidir.
Qeyd edək ki, Şimali Koreyanın son günlər ballistik raketlərinin sınağını artırması, ABŞ-ın etirazına səbəb olub. Rəsmi Vaşinqton artıq Pxenyanı öz varlığı üçün ən böyük təhdid adlandırıb./axar.az/
MediaFax