Tramp Klintonu üstələdi - Sorğu

ABŞ-da keçirilən son rəy sorğusunda respublikaçı namizəd Donald Tramp demokrat rəqibi Hillari Klintonu üstələyib.
 
"ABC News” telekanalının  "Washington Post”la birlikdə keçirdiyi sorğunun nəticələrinə əsasən rəyi soruşulanların 46%-i seçkilərdə Donald Trampa səs verəcəyini bildirib.
 
45% respondent isə səsini Hillari Klintona verəcəyini deyib. Seçilmək şansı olmayan namizədlər - Libetarian Partiyasının namizədi Heri Conson 3%, Yaşıllar Partiyasının namizədi Cill Stayn 2% dəstək qazanıb.
 
Oktyabrın 27-dən 30-na kimi keçirilən sorğuda 1128 nəfər iştirak edib./APA/

MediaFax