ABŞ-ın keçmiş yüksək vəzifəli diplomatlarının bir qrupu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın əleyhinə çıxış edib.
Aralarında keçmiş səfir və ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsinin olduğu 75 diplomat müraciətlərində Trampın tamamilə prezident və ali baş komandan roluna uyğun gəlmədiyi qeyd edilir.
Diplomatların sözlərinə görə, onlardan heç biri respublikaçı namizədə səs verməyəcək. Onların hamısı onun Demokratlar partiyasından olan rəqibi Hillari Klintonu dəstəkləmək niyyətindədir.
Diplomatların fikrincə, Tramp ölkənin qarşısında duran – Rusiya, Çin, İraq-Şam İslam Dövləti terror qruplaşması, nüvə silahının yayılması, qaçqınlar, narkotik kimi problemlərin xarakterinin çətinliyini bilmir və heç bir maraq göstərməyib.
Bundan əlavə, onları Trampın Rusiya prezidenti Vladimir Putinə simpatiyası da diplomatları şoka salıb./modern.az/
MediaFax