ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyədə baş verən terror hadisəsindən danışıb.
Hürriyet qəzeti xəbər verir ki, prezident Florida ştatındakı Mar-a-Lago malikanəsində verdiyi Yeni il şənliyində çıxış edib.
Tramp 800 qonağın qatıldığı gecədə "Reina”dakı qanlı faciəylə bağlı fikir bildirib.
O, qaçqınların ABŞ-a girməsinin qarşısını almaq üçün Meksika sərhədinə divar hördürəcəyini söyləyib, daha sonra terrorla bağlı şərh verib:
"Biz güclü sərhədlərə sahib olacağıq. İnsanlar ölkəmizə qanuni yollarla gələcək. Bizim istədiyimiz kimi… Divardan danışmışkən, Türkiyədə baş verən hadisə ilə bağlı xəbəriniz var? O gecə böyük bir fəlakət yaşandı. Çox, həm də çox insan öldü. Orada ciddi bir şeylər baş verir. Bu, bir qorxu nümayişidir”./qafqazinfo.az/
MediaFax