Tramp işçilərin telefonlarını yoxladır - İddia

ABŞ prezidenti Donald Tramp öz mətbuat katibi Şon Spayserə "Ağ Ev” əməkdaşlarının telefon danışıqlarını yoxlamaq üçün səlahiyyət verib.
 
Belə bir iddia ilə CNN telekanalı çıxış edib. Məlumata görə, bununla ABŞ lideri mətbuata xəbər sızdırılmasının qarşısını almağa çalışır.

Bundan əvvəl, CNN telekanalının əməkdaşları Şon Spayserin iclasların birində "Ağ Ev” aparatının əməkdaşlarından mümkün virusların axtarışı və gizlin məlumatların KİV-lərə ötürülməsinin qarşısını almaq üçün telefonlarını mütəxəssilərə vermələrini istəyib. İclasda "Ağ Ev”in hüquq məsləhətçisi də iştirak edib.

KİV-lərdə dəfələrlə "Ağ Ev”ə dair məxfi məlumatların verilməsi və bu zaman Trampa yaxın mənbələrə istinad olunması ABŞ prezidentini qəzəbləndirib. O, Federal Axtarışlar Bürosunun fəaliyyətindən narazılığını ifadə edib./aznews.az/

MediaFax