Tramp İraqa güzəştə getdi

ABŞ prezidenti Donald Tramp İraqa qarşı güzəşt edib.
 
Ağ Ev mühacirlər haqda yeni qanunda İraq vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağanı aradan qaldıracaq.
 
Yüksək rütbəli amerikalı məmurlardan biri yeni sərəncamın martın 6-da qüvvəyə minəcəyini deyib. Onun sözlərinə görə, 90 günlük giriş qadağası 6 müsəlman ölkəsinə - İran, Liviya, Suriya, Somali, Sudan və Yəmənə aid ediləcək./modern.az/

MediaFax