ABŞ prezidenti Donald Tramp "6-lıq ölkələri"nin İranla imzalanmış nüvə razılaşmasını faciə adlandırıb.
O, bu barədə İsrail mətbuatına açıqlamasında deyib.
"İranla razılıq İsrail üçün faciə idi. İnana bilmirəm ki, belə müqavilə bağlayıblar. Danışıqlar pis aparılıb və icrası da çox bərbaddır”.
Özünü sövdələşmələr ustası adlandıran Tramp nüvə razılaşmasını "nə pis, nə də çox pis, sadəcə, bərbad razılaşma” adlandırıb./modern.az/
MediaFax