ABŞ Demokratlar partiyasının nümayəndəsi Devid Brok ölkə prezidenti Donald Trampın impiçment planını hazırlayıb.
Detallı plan Florida ştatında Demokratlarla investorların görüşündən sonra tərtib edilib.
Brok əmindir ki, bu plan 2020-ci ildə Trampı impiçmentə göndərə bilər. Plan əsasən, dövlət başçısını xidməti vəzifəsindən sui-istifadə etməkdə günahlandırmaq üçün prezidentin bütün səhvlərinin tənqidini və ailənin fəaliyyətinin izlənilməsini nəzərdə tutur. Trampın digər ölkə rəhbərlərilə münasibətlərini izləmək, eləcə də, yeni adminstrasiyanın bütün addımlarının analiz etmək üçün tam komanda yaradılması planlaşdırılır./aznews.az/
MediaFax