Tramp Güləni Türkiyəyə verir? - Açıqlama

Türkiyə prezidentinin müşaviri İbrahim Kalın,  Rəcəb Tayyib Ərdoğanla  ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığının təfərrüatları haqqında danışıb.

Kalın  telefon danışığı zamanı Donald Tramp  FETÖ lideri  Fətullah Gülənin qaytarılması məsələsində işləri dərhal başladacaqlarını deyib.

"Tramp ilə prezident Ərdoğan yaxın bir zamanda görüşəcəklər. Tramp Türkiyənin Suriyadakı təhlükəsizlik bölgəsi təklifinə müsbət baxdığını deyib. ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi işlərinə dərhal başlayacaqlarını da bildirib”, - deyə Kalın qeyd edib./avropa.info/

MediaFax