ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.
"Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyini bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib”, - deyə Ağ Evin məlumatında qeyd olunub.
"Anadolu”nun xəbərinə görə, bəyanatda bildirilir ki, iki ölkə arasında sıx, uzunmüddətli münasibətlər mövcuddur, habelə terrorçuluğun bütün formalarına qarşı birgə mübarizəyə sadiqlik var.
Türkiyə prezidenti terrorla mübarizədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, iki ölkəni möhkəm dostluq və müttəfiqlik əlaqələri bağlayır.
Ərdoğan həmçinin Trampa prezidentlik dövründə uğurlar arzulayıb./APA/
MediaFax