Tramp bu işi qızına tapşırdı

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın qızı İvanka Tramp fəaliyyətini iqlim dəyişikliyi ilə mübarizə sahəsində davam etdirəcək.

Bu istiqamətdə çalışmağı 35 yaşlı İvankaya atası məsləhət görüb.

Qeyd edək ki, 2012-ci ildə iqlim dəyişikliyi məsələsini Çinin uydurduğunu iddia edən Tramp iki il sonra Tvitterdə "İyulun sonudur, amma Nyu Yorkda hava həqiqətən soyuqdur. İqlim dəyişikliyi nə oldu?” tvitini yazmışdı.

Lakin milyarder iş adamı prezident seçildikdən sonra bu barədə fikirlərini dəyişərək insanların təbiətə təsir etdiyini deyib./axar.az/

MediaFax