ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksikayla sərhəddə bu Latın Amerikası ölkəsinin hesabına divar hördürmək fikrindən daşınıb.
CNN telekanalı bildirir ki, respublikaçı prezident bu layihənin Amerika büdcəsi hesabına maliyyələşməsi üçün Konqressə müraciət edəcək.
Bu üsulla Tramp administrasiyası 2006-cı ildə Corc Buş tərəfindən imzalanan Meksikayla sərhəddə 700 mil uzunluğunda divarın çəkilməsi barədə qanundan istifadə etmək niyyətindədir.
Həmin vaxt bu layihə naməlum səbələrdən reallaşmamışdı./aznews.az/
MediaFax