Masallı sakininin evi yandırılıb.
Hadisə ötən gün saat 20. 00 radələrində rayonun Qodman kəndində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər kənd sakini, 1966-cı il təvəllüdlü Səxavət Umud oğlu Şiriyevin ailəsi ilə birlikdə toyda olduğunu bilərək oğuluq məqsədilə onun evinə giriblər. Lakin evdən pul və qızıl-zinət əşyaları tapa bilməyiblər. Onlar izi itirməkdən ötrü evin otaqlarının birini yandırıblar.
Yanğını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyi Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə cəlb olunmuş iki yanğınsöndürən maşının və canlı qüvvənin səyi ilə yanğın lokallaşdırılıb. Yanğın nəticəsində ümumi sahəsi 188 kv.m olan evin 2 kv.m ərazisi yanıb.
Qeyd edək ki, bu, Umud Şiriyevin evindən son 3 ayda edilən ikinci oğurluq cəhdidir.
Faktla bağlı araşdırma aparılır.
MediaFax