Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.
Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.
Belə ki, 43 yaşlı Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.
Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılıb./report.az/
MediaFax