"Titanik" gəmisinin batması barədə yeni iddialar üzə çıxıb.
Ölkə.Az xəbər verir ki, Titanik okean layneri aysberqlə toqquşmadan yox, yanacaq çənində alışma səbəbindən batıb.
Britaniyalı jurnalist Şenan Moloni uzun illər "Titanik" gəmisinin fotolarını tədqiq edib.
Onun dediyinə görə, gəminin korpusunda tünd ləkələr görünür. Bu isə yanacaq çəninin daxilində yanma zamanı yarana bilərdi.
İddiaya əsasən, bütün səfər boyu gəminin işçiləri alovu söndürməyə çalışıblar. Alov Titanikin korpusunu 1000 dərəcəyə qədər isidib. Amma işçilər alovu söndürə bilməyiblər.
Gəmi rəhbərliyi baş verən hadisə ilə bağlı sərnişinlərə məlumat verməyi qadağan edib.
Aysberqlə toqquşanda gəminin korpusu o qədər zəif imiş ki, faciəyə səbəb olub.
Qeyd edək ki, 1912-ci ildə batan gəmidə 2.500 sərnişindən 1.500-ü həlak olub.
MediaFax