Ağdaş rayonunda səhiyyə işçisi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə bu gün saat 17:00 radələrində rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Xəlilova Səkinə Əhməd qızı nasaz olan və kustar üsulla hazırlanan spirallı elektrik qızdırıcısını işə salarkən ehtiyatsızlıq edib və qəflətən cərəyan onu vurub. Ailə üzvləri hadisədən gec xəbər tutub və qadın dünyasını dəyişib.
Qeyd edək ki, Səkinə Xəlilova Ağdaş rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışıb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./APA/
MediaFax