Təyyarə qəzasından sağ çıxan futbolçunun sualı hər kəsi sarsıtdı

Dəhşətli təyyarə qəzasından sağ çıxan "Şapekoense"nin futbolçusu Helio Zampyer Netonunun vəziyyəti yaxşılaşmaq üzrədi. 

"Qafqazinfo" xəbər verir ki, Neto 9 gün komada qaldıqdan sonra özünə gəlib. Neto artıq süni tənəffüs aparatı ilə deyil, özü rahat nəfəs ala bilir.

Komandan yeni ayılan futbolçunun kolumbiyaylı həkimlərə verdiyi sual isə hər kəsi kədərləndirib.

TV Qlobo”nun məlumatına görə, Neto ayılan kimi həkimlərdən "Oyun nəticəsi necə oldu? Qarşılaşmanı "Atletiko Nasional” qazandı? Mən oyunda zədələnmişəm?” suallarını soruşub.

Qeyd edək ki, noyabrın 29-da içində "Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medeylin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 81 sərnişindən 77-si dünyasını dəyişib.

MediaFax