Kolumbiyada baş verən dəhşətli təyyarə qəzasından sağ çıxan Braziliyanın "Şapekoense" klubunun futbolçusu Alan Ruşeldən yeni xəbər var.
"Qafqazinfo" xəbər verir ki, Kolumbiyanın "Somer" klinikasında müaliəcə olunan futbolçu artıq yeriməyə başlayıb. Yayılan videolarda onun durumunun yaxşı olduğu görüntülənib.
27 yaşlı yayılan videogörüntüdə son durumu haqda danışıb: "Hər kəsi salamlayıram. Artıq sağalmaq üzrəyəm. Tezliklə Braziliyaya qayıdacam".
Qeyd edək ki, "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 77-si dünyasını dəyişmişdi.
MediaFax