İsveçrənin "Swiss International Air Lines" aviaşirkətinə məxsus təyyarə Kanadanın İkaliut şəhər aeroportunda məcburi eniş edib.
Enişə səbəb mühərriklərdən birinin sıradan çıxması olub.
Məlumata görə, təyyarə Surix-Los Anceles reysi üzrə uçurmuş.
Xəbər verilir ki, texniki problem təyyarənin sol mühərrikinin xarab olması nəticəsində yaranıb və sərnişinlər dərhal təxliyə edilib. İtkinin olmadığı bildirilir./musavat.com/
MediaFax