BƏƏ-nin Əfqanıstandakı səfiri terror hücumu zamanı aldığı yaralardan vəfat edib
BƏƏ-nin Əfqanıstandakı səfiri Cumaa Əl-Kaabi bu ilin yanvar ayında Qəndəharda törədilən terror aktı zamanı aldığı yaralardan vəfat edib.
WAM xəbər verir ki, bu barədə BƏƏ-nin Prezident İşləri İdarəsindən bildirilib.
Xatırladaq ki, yanvarın 10-da Qəndəharda baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 16 nəfər yaralanıb. Ölənlər arasında 5 BƏƏ diplomatı da olub. Bu ölkənin Əfqanıstandakı səfiri isə yaralanıb. Partlayış əmirlik diplomatlarının humanitar missiya ilə getdiyi Qəndəhar vilayətinin valisinin qonaq evində törədilib./report.az/
MediaFax