Terrorçunun həyat yoldaşı Polisə danışdı

İstanbulda "Reina" gecə klubunda terror aktı törədən şəxsin həyat yoldaşını polisə verdiyi ilkin ifadə yayılıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçunun həyat yoldaşı Türkiyəyə noyabrın 20- də gəldiklərini təstiqləyib.

"Həyat yoldaşım və iki uşağımızla birlikdə Konyaya gəldik. Yoldaşım burada ev tutdu və iş axtaracağını dedi. Onun İŞİD-lə bağlı əlaqəsindən şübhələnməmişəm. Onun bu təşkilata hansısa bir rəğbətinin olduğunu hiss eləməmişəm".

O bildirib ki, həyat yoldaşının bu hadisəni törətməsini televiziyadan öyrənib.

Daha sonra isə qonşular bu barədə polisə məlumat verib.

Qeyd edək ki, "Reina” gecə klubuna hücum edən şəxs hələ də yaxalanmayıb. Axtarışlar davam edir.

Xatırladaq ki, bayram gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edilib. Nəticədə 40 nəfər həlak olub.

MediaFax