Tereza Mey Türkiyə prezidenti ilə görüşdü

Böyük Britaniyanın baş naziri Tereza Mey Türkiyədə rəsmi səfərdədir.
 
"Habertürk" xəbər verir ki, T.Mey ilk öncə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini (Anıtkabir) ziyarət edərək əklil qoyub və xatirə dəftərinə ürək sözlərini yazıb.

O, xatirə dəftərinə ingilis dilində "Müasir Türkiyənin qurucusunu burada xatırlamaq mənim üçün böyük bir qürurdur. Atatürkün "Yurdda sülh, Cahanda sülh!" xəyalını reallaşdırmaq üçün səylərimizi artırmalıyıq" yazıb.

Bundan sonra T.Mey Beştəpədəki Prezident Sarayında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib.

Qeyd edək ki, Britaniyanın baş naziri Türkiyəyə Vaşinqtonda ABŞ-ın yeni prezidenti Donald Trampla görüşdükdən sonra gəlib. Onun türkiyəli həmkarı ilə görüşü də nəzərdə tutulub./report.az/

MediaFax