Ötən Rusiyada fəaliyyət göstərən "BMW Bank" məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib.
"APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, iddia tələbinin məbləği açıqlanmır.
A. Mitrofanov və Ə. İsmayılovdan münasibət öyrənmək mümkün olmayıb.
"BMW Bank"ın rəsmisi də şərh verməkdən imtina edib.
Qəzetin araşdırmaları nəticəsində məlum olub ki, 2011-ci ilin sonuna A. Mitrofanovun "BMW-X6" və "BMW-750Li" avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız "BMW-750Li" markalı maşını qalıb.
Ə. İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.
Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı "BM-Bank"ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.
A. Mitrofanov 2014-cü ildə deputat toxunulmazlığından məhrum olunub. O, iş adamı Vyaçeslav Jarovdan 200 min dollar rüşvət almaqda ittiham olunur. Hazırda sabiq deputat Rusiyadan kənarda yaşayır.
"BMW Bank" MMC "BMW Group" konserninə daxil olan Avstriyanın "BMW Оsterreich Holding GmbH" şirkətinin törəməsidir. Bank əsasən BMW-nin Rusiyadakı rəsmi dilerinin satdığı avtomobillərin kreditləşməsi ilə məşğuldur.
MediaFax