“Tək uşaqları ön cəbhəyə göndərməyin!” - Səfərbərlik Xidmətinə irad

Tanınmış jurnalist Ədil Hüseynli sosial şəbəkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iradını bildirib.

Mediafax.Az jurnalistin facebook statusunu olduğu kimi təqdim edir:

"Şəhid olan Akşin Abdullayevin nə atası var imiş, nə qardaşı var imiş nə də əmisi, dayısı. Yəni, ananın yeganə ümidi o imiş.

Allah Rəhmət Eləsin! Vətən uğrunda, torpaq uğrunda şəhid olmaq təbii ki, şərəfdir.
 

Ədil Hüseynli

Amma burda bir məqam var. Səfərbərlik Xidməti belə məqamlara ciddi diqqət etməlidir. Məncə ailənin, nəslin yeganə oğlan uşağını cəbhə bölgəsinə deyil qismən arxa cəbhəyə göndərmək lazımdır. İndi onun anasının son ümidi olan oğlu da yoxdur. Düşünək bir anlıq o ananı, təsəlli yeri belə qalmadı. Çox çətin məsələdir.
Bu məsələni gündəmdə saxlamaq lazımdı. Ailənin yeganə övladı, atası, qardaşı olmayanı arxa cəbhəyə göndərək. 2-ci Dünya müharibəsində belə məqamlara diqqət olunub. İndi də etmək lazımdır. Anaya səbr diləyək, hər birimiz o ananın övladı olaq."

MediaFax