Bakı Şəhəri Təcili Tibbi Yardım stansiyasının (BŞTTYS) əməkdaşı vətəndaş tərəfindən döyülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova saytımıza faktı təsdiqləyib.
O bildirib ki, sürücü Vəli Sadıqov xəstə yaxını tərəfindən döyülüb.
Hadisə hadisə fevralın 21-də 18 radələrində Sabunçu rayonu, İlyas Aslanov qəsəbəsi 166 ünvanında yerləşən 12 saylı təcili yardım stansiyasının inzibati binasında qeydə alınıb. Hadisə şahidlərinin salamnews-a verdiyi məlumata görə, təcili yardım stansiyasının sürücüsü, 1954-cü il təvəllüdlü Sadıqov Vəli Baloğlan oğlu, dəm qazından zəhərlənən 17 yaşlı Nazilə Sadıqovanın atası tərəfindən döyülüb. Niyaməddin adlı şəxs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib.
Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs, 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb.
Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır./modern.az/
MediaFax