"Beytocan” adıyla tanınan sənətçi Beytullah Güneri ilə İbrahim Tatlısəs arasında yaşanan məhkəmə çəkişməsi başa çatıb.
Günerin həmkarına 15 il əvvəl açdığı təzminat iddiasının nəticələri açıqlanıb.
Məhkəmə Tatlısəsi haqsız elan edib, Güneriyə 9 min 500 TL ödəməsini elan edib.
Xatırladaq ki, Tatlısəs Günerin "Agır ketiye dile mın” adlı mahnısını "Rında mın” olaraq dəyişdirərək icazəsiz oxumuşdu.
Beytullah bu səbəbdən məhkəməyə müraciət etmiş, 38 min TL təzminat istəmişdi./qafqazinfo.az/
MediaFax