Tarixi razılaşmaya əməl olunacaqmı?

"Son 8 ildə ilk dəfə olaraq OPEC-in əldə etdiyi razılıq neft bazarını xilas edə bilər. Lakin razılaşmanın uğuru hasilatın azaldılması ilə bağlı üzərinə öhdəlik götürən tərəflərdən asılıdır".

"Bloomberg" agentliyi xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın sabiq neft naziri Əli əl-Naimi bildirib.

Sabiq nazir bildirib ki, razılaşmaya qoşulan bəzi tərəflər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər: "Onların yeganə aləti hasilatın azaldılmasıdır. Təəssüf ki, biz heç də hər zaman öhdəliklərimizi yerinə yetirmirik. Rusiya sutkalıq hasilatı 300 min barrel azaldacaqmı? Bilmirəm. Lakin keçən dəfə onlar verdiyi sözü tutmadılar".

Ötən həftə OPEC-ə üzv olan ölkələr sutkalıq hasilatı 1,2 mln. barrel azaldaraq 32,5 mln. barrel səviyyəsində məhdudlaşdırmaq barəsində razılığa gəlib. Razılaşmaya kartelə daxil olmayan ölkələr, o cümlədən Rusiya da qoşulub./virtualaz.org/

MediaFax