Anarın müşavirinə qarşı dələduzluq edildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın müşaviri, AYB-nin Mənzil Komissiyasının sədri Rauf Aslanov dələduzluqla üzləşib.

R.Aslanov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin aprel ayında və 2015-ci ilin fevral ayında 1969-cü il təvəllüdlü Şəmsi Mirzə onu aldadaraq müvafiq olaraq 30 min manat və 20 min ABŞ dollar pulunu alıb. Hadisə Səbail rayonunda qeydə alınıb.

R.Aslanov açıqlamasında məlumatı təsdiqləyib, lakin bu barədə geniş danışmaq istəmədiyini deyib.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax