Tanınmış yazıçı nəvəsini itirdi - Təfərrüat - Yenilənib

10:10 
 
Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.

Hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.

Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir./report.az/
 
-------------
12:01
 
"Fərəh imtahanları ilə bağlı depressiyaya düşmüşdü”

Bunu saytımıza açıqlamasında şair Oqtay Əliyev (Ərgünəş) 12 yaşlı nəvəsi Fərəh Yaqubovanın ölümünə münasibətində deyib. O.Əliyev bildirib ki, nəvəsi nənəsinin qan təzyiqini aşağı salan dərman preparatlarını içib: 

"Düşüb şoka. Biz də bundan gec xəbər tutduq. Özü dedi ki, dərman içmişəm. Apardıq həkimə, amma gec idi. Həkimlər onu bu vəziyyətdən çıxara bilmədilər”.

Ötən gün axşam saatlarına 12 yaşlı Fərəh Yaqubova Səbail rayonu Badamdar qəsəbəsindəki evində çox miqdarda dərman qəbul etdikdən sonra huşunu itirib. Dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən Fərəh Yaqubovanın həyatını xilas etmək mümkün olmayıb. 

F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. 

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir./aznews.az/

MediaFax