Tanınmış təşkilatçı niyə gizlənib?

Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu yoxa çıxıb.
 
Buna səbəb onun bir neçə nəfərin pulunu alıb qaytarmamasıdır.

Məlumata görə, N.Emiloğlu bir neçə nəfərdən külli miqdarda pul alaraq qaytarmayıb. Həmin şəxslər pulu geri istədiyindən o qaçaraq gizlənib. Heç bir telefona cavab vermir.

Məsələ ilə N.Emiloğlu ilə əlaqə saxlamağa cəhd etsək də, telefonu söndürüldüyündən danışmaq mümkün olmadı.

Əldə etdiyimiz məlumata görə, N.Emiloğlunun ölkədən çıxışına da bir müddət əvvəl ''Stop'' qoyulub./criminal.az/

MediaFax