Tanınmış teleaparıcı efirə qayıdır

Tanınmış teleaparıcı İradə İsak bir müddət fasilədən sonra yenidən efirə qayıdır.

Xanım aparıcı yeni layihəsi ilə Lider TV-də tamaşaçı qarşısına çıxacaq.

"Tor” adlı layihə hər həftənin cümə günü efirdə olacaq.

Faktı Lider TV-dən sayta təsdiqləyiblər. Bildiriblər ki, ilk veriliş yanvar ayının 27-si yayımlanacaq.

Qeyd edək ki, İradə İsak ANS-də yayımlanan "Deməsək olmaz” verilişinin aparıcısı idi. ANS televiziyasının fəaliyyətinə xitam verildikdən sonra jurnalist heç bir yerdə çalışmırdı./bakipost.az/

MediaFax