Tanınmış şairə xəstəxanaya yerləşdirildi - ÖZƏL

Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri, tanınmış şairə Fərqanə Mehdiyeva xəstəxanaya yerləşdirilib.

Bu barədə Mediafax.Az-a şairənin özü məlumat verib.

"Neçə vaxtdı temperaturum düşmür. Bu gün akademik M.A.Topçubaşov adına Respublika Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirildim("Eksperimentalnıy")".

Xəstəlikdən əziyyət çəkən F.Mehdiyevanın sözlərinə görə, hələ ötən ilin yanvar ayında əməliyyat olunub: "Sonra "Qrija" əmələ gəldi. O vaxtdan bəri özümü yaxşı hiss etmirəm. Temperaturum düşmür. Səbəb isə budur ki, əməliyyat vasitəsilə yerləşdirilən setkanı bədənim götürmür".

Şairənin xəstəxanadan və həkimlərdən narazılığı yoxdur. Əksinə, onlara minnətdarlığını bildirir: "Həkimim professor Zərraf Şirinovdur. Çox razıyam. Əlindən gələni əsirgəmir", - deyə Fərqanə xanım saytımıza bildirib.

Mediafax.Az olaraq tanınmış şairəyə Allahdan şəfa diləyir, tezliklə səhhətində yaranmış problemlərin aradan qalxmasını, sağlam həyata davam etməsini arzu edirik.

MediaFax