"Havaların soyuqluğu Vaqif müəllimin səhhətində problem yaradıb. Bilirsiniz ki, soyuq hava damarları daraldır. Ümumiyyətlə isə hər şey plan üzrə gedir. Fevralın ortaları, yaxud sonlarında Vaqif müəllim yoxlanış üçün yenidən Türkiyəyə getməlidir”.
Bunu saytımıza açıqlamasına çağdaş Azərbaycan poeziyasının ən güclü simalarından olan Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib. Onun sözlərinə görə, 6 ay öncə əməliyyat olunan şair həkimlərin tapşırığı ilə bu ayın sonunda əməliyyatın müsbət nəticə verib-vermədiyini müəyyən etmək üçün yenidən yoxlanışdan keçməlidir:
"Həkimlər beynində etdikləri əməliyyatın effektivliyini yoxlamalıdırlar. Çünki yay aylarında Vaqif müəllim beynindən əməliyyat olunanda bizə dedilər ki, 6 aydan sonra yenidən yoxlanış olmalıdır ki, əməliyyatın nə dərəcədə effektli olduğunu müəyyən edək. Onların sözlərinə görə, bu elə bir xəstəlikdir ki, əməliyyatın səmərəsi yalnız 6 aydan sonra hiss oluna bilər. Avqustun 10-da əməliyyat edilib, demək, fevralın 10-dan sonra biz onun effektivliyini müşahidə edə biləcəyik. Elə bu səbəbdən Vaqif müəllimi yenidən yoxlaya aparacağıq. Əgər əməliyyatın effekti başlayıbsa və bu davamlı olarsa, o zaman ürəyindən də əməliyyat ediləcək”.
Qeyd edək ki, şair Vaqif Bayatlı Odər 2016-cı il avqustun 10-da Türkiyədə beyin əməliyyatı keçirib./modern.az/
MediaFax