Tanınmış rəqqas dünyasını dəyişdi - Qızı şikayətçidir

Azərbaycan rəqs sənətinin inkişafında əvəzsiz xidmətləri olan Əməkdar artist Kamil Dadaşov dünyasını dəyişib.

Bu barədə saytımıza sənətkarın qızı Nazilə Abdullayeva məlumat verib. Bildirib ki, atası oktyabrın 15-də vəfat edib: "Mədəniyyət və Turizm Nazirliyindən heç kim gəlmədi, elə özümüz qohum-əqraba olaraq dəfn etdik, vəssalam. Əgər kimsə gəlsəydi bilərdik. Ancaq dostları, bir-iki rəqqasə gəlmişdi... Sağlığında deyirdi ki, mən öləndə heç gəlməyəcəklər də. Necə demişdi elə də oldu. Özü də küsülü getdi. Belə olmamalıydı, amma nə yazıq ki oldu”.

Qeyd edək ki, K.Dadaşov uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Rəqqas vəsiyyətinə uyğun olaraq Zabratdakı qəbiristanlıqda dəfn olunub./aznews.az/

MediaFax