Rejissor Kənan M.M Türkiyənin tanınmış müğənnisi Hadisənin Bakıya gəlməsinə etiraz edib.
O, fikirlərini sosial şəbəkədə paylaşıb:
"Hörmətli Hadisə xanım, səsiniz olmadığı halda bayram günü Bakıda bir saatınıza 150 min dollar almanız münasibəti ilə sizə halal olsun deyirəm. Allah səsi olub bəxti olmayan müğənnilərimizə səbir versin".
Qeyd edək ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Bakı Olimpiya Stadionunda "ƏN Yeni il” adlı konsert proqramı baş tutacaq. Gecədə yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər./musavat.com/
MediaFax