Psixoloq Dəyanət Rzayev intihar edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə vəkil Zülfiyyə Bayramova məlumat yayıb.
***
Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.
***
Lent.az-ın məlumatına görə, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. Son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.
***
Ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.
MediaFax