Tanınmış prodüserə yeni vəzifə verildi

Prodüser Təranə Səmədovaya vəzifə verilib.
 
Prodüser Türk Musiqi Birliyi (TMB) TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

T. Səmədova açıqlamasında bu gündən etibarən işə başladığını bildirib:

"TMB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri oldum. Tanınmışlar çəkdirdikləri kliplərin yayımı üçün mənə müraciət edə bilərlər. Həmçinin, seçilmiş layihələrin reallaşdırılmasına imkan yaradacağıq. Onu da qeyd edim ki, "Myvideos” kanalında klip, veriliş, reklam məsələləri ilə bağlı da mənimlə əlaqə saxlasınlar"./axşam.az/

MediaFax