Tanınmış müğənni Qədir Qızılsəs canlı yayımda sualları cavablandırıb.
S"Qafqazinfo” xəbər verir ki, sənətçi səsinin batması barədə yayılan şayiələrə aydınlıq gətirib:
"Beş il efirə çıxmadım, möhkəm xəstələnmişdim. Çox pis idim. Həmin illər haqqımda çox şayiə yaydılar. Sevmiyənlər, paxıl insanlar dedilər ki, Qədir oxuya bilmir, Azərbaycanda yoxdur, səsi batıb.
İnsanlar çaş-baş qalmışdı. Efirə çıxmırdım, açıqlama vermirdim və özümə qapanmışdım. Şayiə hər yana yayıldı. Amma yenidən efirə qayıtdım. Bütün bunlara son qoydum”./lent.az/
MediaFax