Tanınmış müğənni şəxsi həyatından danışdı

Nura Suri "Gəlin, danışaq” verilişinin qonağı olub.

Müğənni verilişdə eks-əri barədə maraqlı açıqlama verib:

"10 ilə yaxın məhkəmələrdə oldum. Özləri barışıq sazişi bağladılar. Uşaqlar üçün də nə lazımdı ediblər. Mən ondan heç nə istəməmişəm, o məndən istəyib. Tutaq ki, ayrılandan sonra mənim haradasa şəklim çıxırdı, gedib məni məhkəməyə verirdi. Halbuki ayrılmışdıq. Mənim sonradan ailə qurmağım ona pis təsir etdi. Əvvəl gəlib-gedirdi. Uşaqlara nəsə lazım olanda alıb göndərirdi.

O ki, mən Davidin atası ilə ailə qurdum, mənə düşmən kəsildi. Yatıb-durub məni məhkəməyə verirdi. Nəfsin saldı, qurduğum ailə də dağıldı. Mən bilsəm ki, bu insanda nəyisə dəyişə biləcəyəm, ailəmi dağıtmazdım. Biz bir neçə dəfə ayrılıb sonra barışmışıq. Pis adam deyildi, həmişə nə istəmişəm olub. Sadəcə olaraq əsəbi insan idi. Boksla məşğul olub deyə, vuran əli var idi. Məni vururdu, fiziki təcavüz olurdu”./qafqazinfo.az/

MediaFax