Tanınmış müğənni polislərdən qaça bilmədi

Türkiyəli müğənni Mustafa Ceceli yol polisinin "saxla” əmrinə tabe olmayıb.

Sənətçi Etiler ərazisində qayda pozub və polislərin olduğu ərazidən uzaqlaşmağa çalışıb.

Bir qədər sonra həmin ərazidə maşın dayandırılıb, lakin o, yenidən qazı basaraq izini itirməyə çalışıb.

Yaxın dostunu Zincirlikuyu ərazisində düşürərək evinə getmək istəyib, amma polislər avtomobillə qarşısını kəsib.

Yoxlanış zamanı onun sərxoş olmadığı məlum olub.

Sənətçi dövlət məmurunun həyatını təhlükəyə atdığı, nəzarət nöqtəsindən qaçdığı üçün 301 TL cərimələnib.

Ceceli polisdən qorxduğu üçün belə bir addım atdığını söyləyib.

Müğənni deyib ki, yanındakı xanım DMC şirkətinin rəhbəri Özden Bora olub./qafqazinfo.az/

MediaFax