Tanınmış müğənni infarkt oldu - FOTO

Müğənni Nurlan Əzizbəylinin səhhəti pisləşib.
 
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb. O, yataqda fotosunu paylaşaraq: "Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər, yəqin", - deyə qeyd edib.
 
Həkimlər N.Əzizbəyliyə mikroinfarkt diaqnozu qoyublar. Ev şəraitində müalicə alan müğənninin səhhəti hazırda yaxşıdır.


MediaFax