"Best model of the World”ün qalibi, azərbaycanlı model Rüstəm Cəbrayılov yeni filmə çəkilib.
"Azərbaycanın ən yaraşıqlı kişisi” titulunu daşıyan model "Don Marleone" adlı filmdə baş rollardan birini ifa edib. O, filmin tam fərqli olduğunu və Azərbaycanda seviləcəyinə inandığını bildirib.
"Don Marleone" naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir.
Qeyd edək ki, filmin ssenari müəllifi Rəşad Süleymanoğlu, quruluşçu rejisoru Elmar Bayramovdur. Ekran işində Cəbrayılovla yanaşı, Natavan Əfəndiyeva, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Ayşad Məmmədov, Azər Aydəmir, Bəhram Bağırzadə və başqaları rol alıb./musavat.com/
MediaFax