Tanınmış klublara Böyük cərimə

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib.
 
Komitə üzvləri Premyer Liqanın XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
 
Əsas müzakirə mövzusu turun mərkəzi qarşılaşması hesab olunan "Qəbələ” – "Qarabağ” matçı olub. Hər iki komanda azarkeşlərinə görə böyük məbləğdə cərimə olunub. Belə ki, AFFA "Qəbələ” və "Qarabağ”ı azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün 800 (hər ikisini), fanatları tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün 1600 (hər ikisini) manat cərimə edib. "Qəbələ” əlavə olaraq azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə 4000 manat cərimələnib.

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov AZAL-la görüşdə texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub. Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

"Zirə”nin qapıçısı Anar Nəzirov "İnter”lə matçda sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. "İnter” isə 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib./qaynarinfo.az/

MediaFax