Tanınmış jurnalistin evini yaran oğru tutuldu

Jurnalist İntiqam Valehoğluna məxus Bakı şəhər, Yasamal rayonu, Qanlı gölün qərb sahilində yerləşən 159 nömrəli evi qarət etmiş oğruların kimliyi məlum olub.

Bu barədə İntiqam Valehoğlunun özü bildirib:

"Oğruların kim olduğunu öyrəndik. Biri artıq saxlanılıb. Bu aralar maraqlanan, dəstək olan hər kəsə təşəkkür edirəm”.

Jurnalistin sözlərinə görə, oğruları tanımır: "Bizim məhəllədə kirayə qalan fəhlədir. "Meyvəli” bazarında işləyirlərmiş. Yeyib-içiblər, deyiblər ki, indi də pul qazanaq”.

Qeyd edək ki, hadisə dekabırn 8-də törədilib.  Jurnalistin evinin qapısını sındıran oğrular mənzildəki televizoru və içərisinə qəpik pullar yığılmış bankanı aparıblar./modern.az/

MediaFax