Tanınmış iş adamları Xalq artisti, tannmış gülüş ustası Arif Quliyevə "sponsorluq” etməkdən imtina edib.
Bunu Mediafax.Az-a açıqlamasında sənətkarın özü deyib. O, qeyd edib ki, 60 illik yubileyi münasibəti ilə həyat və yaradıcılığından bəhs edən bir kitab yazılıb:
"Həmin kitab mənim qoltuğumda qalıb. 3-4 çox tanınmış iş adamına müraciət etdim. Dedim ki, bu kitabın çıxması üçün mənə maliyyə yardımı edin. Dedilər ki, "bizim vəziyyətimiz çox pisdir, özümüzə maliyyə lazımdır”. Sadəcə mən onların adını çəkmək istəmirəm. Mənim kimi Xalq artistinə kömək edən olmadı”.
A.Quliyev bildirib ki, hazırda yeni mövsüm başlayıb: "Bu münasibətlə bir neçə yerdən dəvət gəlib. Çəkilişlər başlayan kimi gedəcəm”.
MediaFax