Tanınmış aşıq evini satacaq

Aşıq Samirə konsertinin təxirə düşməsinin səbəblərini açıqlayıb.
 
Sənətçi bildirib ki, ona dəstək olmadığı üçün konsert təxirə düşüb. Ancaq sənətçi bunun üçün evini satacağını da istisna etməyib:

"Lazım gəlsə, evimi satacam. Konsertdə heç vaxt olmayan bir tərzdə ifalar təqdim edəcəm, olmayan sintezlər göstərəcəm. Şou nümayiş etdirmək fikrim yoxdur. İstəyirəm ki, konsertimdə sənətdən söhbət açılsın. Geyimim, başqa hərəkətim müzakirə olunmasın"./ölkə.az/

MediaFax