Tanınmış aktyorun səhhəti pisləşdi

Azərbaycanın əməkdar artisti Ənvər Həsənovun səhhəti pisləşib.

Aktyor saytımıza açıqlamasında müalicə aldığını və özünü yaxşı hiss etmədiyini bildirib:

"Hazırda müalicə alıram. Böyrəklərimdə ciddi soyuqdəymə var və 4 aydır əziyyət çəkirəm".

Qeyd edək ki, Ə.Həsənovun 66 yaşı var. O, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlarla böyük tamaşaçı auditoriyasını sevgisini qazanıb./report.az/

MediaFax